"Unibank” dollar satışına məhdudiyyət qoydu: - Səbəbi açıqlanmır
- 25-01-2021, 14:09
- 793
Cebhe.info-ya bu haqda müştərilərdən biri şikayət edib.
Şikayətçi bildirib ki, Türkiyəyə pul göndərmək üçün “Unibank” ASC-nin 3-cü mikrarayonda yerləşən filialına yaxınlaşıb. Fialdan isə ona manatla prosesi icra etməyin mümkün olmadığı bildirilib.
“Xarici valyuta köçürməsi üçün manat qəbul edə bilmirik. Bunun üçün gərək saat 12:30-a qədər banka yaxınlaşardız. Çünki həmin müddətə qədər xarici valyuta satışına icazə verilir”,-deyə “Unibank”ASC-dən şikayətçiyə deyilib.