Sabirabadda dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
- 22-12-2020, 14:30
- 764
FED.az-ın məlumatına görə, İcra hakimiyyəti 4 tenderə 1 milyon 229 min 262 manat xərcləyib.
Sabirabad Rayon Icra Hakimiyyətinin keçirdiyi ən böyük tenderi "ORİON-E" MMC şirkət udub. Bele ki, "GREAT VAY" MMC dəyəri 497 min 780 manat və 284 min 958 manat olan 2 tenderin qalibi olub.
Mədəniyyət Nazirliyi Sabirabad Regional Mədəniyyət İdarəsi ümumi məbləği 18 milyon 454 min 293 manat olan 10 tender müsabiqəsi keçirib. Keçirilən ən böyük tenderin qalibi "STAR CONSTRUKTİON-12" QSC olmuşdur. Tender Müqaviləsinn məbləği 17 milyon 975 min 698 manat təşkil edir.
FED.az 2020-cu ildə Sabirabad Rayonunda keçirilən tenderləri təqdim edir.