Bu qurum İqtisadiyyat Nazirliyinə verildi

İqtisadiyyat

Baş Nazir Artur Rasizadə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib.

xalqxeber.az xəbər verir ki, dəyişikliyə görə, keçmiş Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Müdiriyyəti İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.

Qeyd edək ki, adıçəkilən Müdriyyət 2011-ci ilin avqust ayında Nazirlər Kabinetinin qərarı ilə Ələt qəsəbəsində inşa olunan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci fazasının inşasına nəzarət etmək üçün yaradılıb.