Keçmiş idarə rəisi nazirin müşaviri oldu

İqtisadiyyat

Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. Yeni müşavir Rahim Veyis oğlu Əfəndiyevdir.

Bununla da nazirin müşavirlərinin ümumi sayı 11-ə çatıb.

Qeyd edək ki, Rahim Əfəndiyev nazirliyin ləğv edilən Maliyyə və təminat idarəsinin rəisi olub. Adıçəkilən idarənin yerində Maliyyə və təminat departamenti yaradılıb ki, onun da baş direktoru Vəkil Suleymanovdur.