Qazaxda dövlət tenderlərini KİMLƏR UDUR? – Qaranlıq "Azərtranss" MMC "sevgisi" SİYAHI, MƏBLƏĞLƏR
- 24-09-2020, 09:21
- 1 281
FED.az-ın məlumatına görə, ən çox tenderi Qazax rayon İcra Hakimiyyəti keçirib. İdarə 7 tender keçirib. İcra hakimiyyəti həmçinin tenderlərin ümumi məbləğinə görə də birincidir. Belə ki, 7 tenderin ümumi məbləği 2 milyon 43,6 min manat olub.
Bundan başqa, rayonda Qazax Müalicə Diaqnostika Mərkəzi, Qazax Şəhər Mənzil İstismar Sahəsi və Qazax rayon Psixiatriya Xəstəxanası tenderlər keçirib.
Rayonda keçirilən 14 tenderdən 10-un "Azərtranss" MMC və “Tədarük AS” MMC qazanıb. "Azərtranss" MMC-nin qazandığı 5 tenderin ümumi məbləği 2 milyon 133,9 min manat, “Tədarük AS” MMC-nin qazandığı 5 tenderin ümumi məbləği isə 109 min manat olub.
Təkcə "Azərtranss" MMC-nin qazandığı 5 tenderin məbləğinin cəmi rayonda keçirilən bütün tenderlərin məbləğinin cəminin 88%-ni təşkil edir.
2020-ci ilin ilin yanvar-sentyabr aylarında Qazax rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edirik.