Deputat Elman Rüstəmovu tənqid etdi
- 2-06-2020, 17:46
- 1 026
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, büdcənin icrasına daha dəqiq yanaşılmalıdır: “Müzakirələrə digər nazirliklərin, qurumların da nümayəndələri dəvət olunmalıdır. Onlar da Maliyyə Nazirliyi kimi bizim suallarımıza cavab verməlidir”.
Millət vəkili həmçinin qeyd edib ki, bank sektorunda problemlər hələ də qalmaqdadır: “Bu yaxınlarda 4 bank bağlandı. Onlardakı depozit 800 milyon manatdan çoxdur. İndi sual yaranır ki, həmin əmənatləri qaytarmaq üçün banklarda vəsait varmı?”