Ağdaş rayonunda tenderləri kimlər udur? - İLGİNC SİYAHI
- 30-01-2020, 16:06
- 2 155
FED.az-ın məlumatına görə, Ağdaş rayon İcra Hakimiyyəti və Ağdaş Regional Mədəniyyət İdarəsi hər biri 6 tender keçirib. İcra hakimiyyətinin tenderlərinin ümumi məbləği 627,9 min manat, mədəniyyət idarəsinin tenderlərinin ümumi məbləği 480,8 min manat olub.
Ötən il rayonda ən böyük məbləğli tenderi "Şirvan-İnşaat" MMC və "R and X" MMC qazanıb. "Şirvan-İnşaat" MMC Ağdaş Suvarma Sistemləri İdarəsinin 550,9 min manatlıq, "R and X" MMC icra hakimiyyətinin 382,2 min manatlıq tenderini qazanıblar.
Rayon üzrə ən çox tender qazanan şirkətlər “İnpeks.N” MMC və "Korinf 2020" MMC-dir. Qazandığı tenderlərin ümumi məbləği “İnpeks.N” MMC-də 480.8 min manat, "Korinf 2020" MMC-də 196 min manatdır.
Rayonda Ağdaş Suvarma Sistemləri İdarəsi, Ağdaş rayon Polis Şöbəsi və başqa qurumlar satınalmalar həyata keçiriblər.