Dövlət Vergi Xidmətinə yeni TƏYİNAT OLUB

İqtisadiyyat

Vergilər Nazirliyinin (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) Audit departamentinə daxil olan Vergi nəzarətinin təşkili və təhlili şöbəsinin yeni müdiri təyin edilib.

Banker.az-a istinadən xəbər veririk ki, bu vəzifəyə Mirzə Mirzəyev təyin edilib, hansı ki, UNEC-də müəllim kimi çalışır.
M.Mirzəyev Vergilər Nazirliyinə 2018-ci ilin noyabrında vergi inspektoru kimi gəlmişdi.

O, yeni təyinat aldığı vəzifənin icrasına artıq bu aydan, yəni, yanvardan başlayacaq.