Azərbaycan millisi Ermənistan yığması ilə qarşılaşacaq
- 5-12-2019, 12:22
- 842
Azərbaycan milli komandası növbəti UEFA Millətlər Liqasında C Liqasında mübarizə aparacaq. Millimiz C liqasının 4-cü püşkatma səbətində yer alıb. Bu səbətdə digər komandalar Qazaxıstan, Moldova və Ermənistan yığmalarıdır.
UEFA Millətlər Liqasının püşkatma mərasimi 2020-ci il martın 3-də Niderlandın Amsterdam şəhərində keçiriləcək.