"Günay Bank"da dəyişikliklər gözlənilir
- 16-09-2019, 11:16
- 1 045
Yığıncaq Bankın Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 ünvanında yerləşən inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə "Günay Bank"ın Müşahidə Şurasına və Audit Komitəsinə yeni üzvlərin seçilməsi məsələləri daxildir.
Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,91 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmur Məmmədova (Müşahidə Şurasının sədri), 40,05%-i Yeganə Şirinovaya, 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya, 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.