Vahid Ələkbərov “Lukoyl”u Türkiyəyə “köçürür”?
- 28-03-2017, 22:31
- 1 846
Rusiyada biznesin rentabelliyinin aşağı düşməsi səbəbindən yanacaqdoldurma məntəqələrini satmağı düşündüyünü bəyan edən şirkət artıq Türkiyədə yeni YDM-lərin açılışına hazırlaşır.
Qeyd edək ki, “Lukoyl” Rusiyada 2 min 544 yanacaqdoldurma məntəqəsinə malikdir. Bu rəqəm Rusiyada ümumi YDM-lərin sayının 21%-ni təşkil edir. Ümumilikdə, şirkət yeddi regionda 700-dək yanacaqdoldurma biznesini bağlamaq niyyətindədir.
Eyni zamanda, “Lukoyl” Türkiyədə pərakəndə şəbəkəsini genişləndirmək niyyətindədir. Bu haqda şirkətin prezidenti Vahid Ələkbərov bildirib. İndi şirkət Türkiyədə 600-dən çox yanacaqdoldurma məntəqəsinə (bazarının 5%) sahiblik edir: “Biz neft emali zavodumuz olan Belçika və Hollandiyada iştirakımızı artırdıq, Balkanlarda çox güclü mövqeyə malikik, bundan başqa, Türkiyədə fəallığımızı artırmaq niyyətindəyik. Niyə məhz Türkiyə? Çünki bizim zavodlar bu bazara istiqamətlənib”.