Nazirlik “SSİ RETAİL” MMC-ni görməzdən gəlir... - İTTİHAM
- 26-07-2019, 16:26
- 1 028
Aktualinfo.org-un barəsində araşdırma apardığı MMC 5-10 manatlıqlardan deyil. Bu MMC-nin təkcə nizamnamə kapitalı 25000000.00 manatdır.Sözügedən MMC-nin fəaliyyəti ilə bağlı bir müddət öncə yaydığımız məqalədə də göstərmişdik ki, “SSİ RETAİL” MMC Azərbaycanda xarici ölkələrdən gətirilən, dəbdə olan brend geyim mllarının satışı ilə məşğuldur. Bu gün həmin geyim mağazalarına demək olar ki, paytaxtın hər yerində rast gəlmək olur və artıq Gəncə, Sumqayıt kimi şəhərlərdə də mağazaları mövcuddur. Əsasən də gənclərin böyük həvəslə üz tutduğu “Celio”, “New Yorker”,”Manqo”,”Next” kimi brend geyim mağazalarında qiymətlərdən söz gedə bilməz. Bu barədə biz ötən yazımızda da qeyd etmişdik və bir daha bu mövzuya qayıtmaq istəməzdik. Sadəcə onu bildirmək istərdik ki,xarici ölkələrdən çox ucuz qiymətlərə alınan bu malların Azərbaycanda dəyərindən qat-qat baha satılmasından, vətəndaşların göz görə -görə aldadılmasından geniş ictimaiyyətin xəbəri olmalıdır.
Ötən yazımızda onu da qeyd etmişdik ki, “New Yorker”, “Manqo”, Next”, “Celio” kimi brend geyim mallarının ölkəmizdə satışını həyata keçirən “SSİ RETAİl” MMC Azərbaycanda qazandığı pulları ofşorlar vasıtəsi ilə xarıcı ölkələrdəki bank hesablarına yerləşdirir. Qanunvericiləkdə bu kimi hallar necə tənzimlənir? Bir MMC xarici ölkədə bank hesabı aça bilərmi? MMC-nin əldə etdiyi gəlirlərin xarıcı ölkələrə köçürülməsi hansı qaydalarla aparılır? Bütün bu kimi suallara cavabı biz növbəti yazımızda mütəxəsislərdən almağa çalışacağıq.
Qeyd edək ki, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi yönündə dövlət tərəfindən çox mühüm addımlar atılır. Sahibkarlara yaradılmış bu kimi şəraitdən sui-istifadə edənlər, əldə etdiyi gəlirləri respublika ərazisində, regionlarda bir çox işlərə yatırmaq əvəzinə xarici ölkələrdəki banklara qoyaraq şəxsi məqsədləri üçün istifadə edirlər. “SSİ RETAİL” MMC-nin bu kimi yollarla ölkədən çıxardığı pulun miqdarını indi kimsə bilməz. Çünki sözügedən şirkət artıq neçə illərdir ki, bu sahədə fəaliyyət göstəriri və bahalı brend geyimlərin satışından hesabına kifayət qədər böyük məbləğdə pullar oturur. Aidiyyatı qurumlar tərəfindən bu MMC-nin fəaliyyəti köklü və ciddi şəkildə araşdırılarsa çox qaranlıq məsələlərin üstü açılar.
Aktualinfo.org əldə etdiyi “SSİ RETAİL” MMC-yə aid olan bu bank sənədlərini dərinliklərinə qədər araşdırılması üçün Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarısənə rəsmi şəkildə müracıət edəcək. Bu sənədlərdə görsənən bank hesabları ofşor ölkələrdəki banklarda açılıb. Bu hesablara yönləndirilmiş pulların hansı məqsədlərlə köçürülməsini araşdırmaq məhz sözügedən qurumun üzərinə düşür. Burada Vergilər Nazirliyinin də üzərinə böyük iş düşür. Biz bir mətbuat orqanı olaraq ipucu verdik. Görək Vergilər Nazirliyi “SSİ RETAİL” MMC-nin fəaliyyətini araşdıracaqmı? Bu MMC-nin bank hesablarından xarıcı ölkələrə köçürülən pulların təyinatını müəyyənləşdirəcəkmi? Bizi izləyin.