Azərbaycandan Türkiyəyə daşınan pullar kəskin artıb – Rəsmi açılqlama
- 24-07-2019, 11:10
- 945
“Yeni Sabah” xəbər verir ki, hesabata görə, Türkiyədən gedən investisiyalar bir il öncəki ilin eyni ayına görə 0,23% artıb. Türkiyəyə gələn investisiyalar isə 29,3% artıb. 2019-cu il may ayında Türkiyədən gedən investisiyalar daha çox peşə, elmi və texniki sahələr üzrə olub.
Bu ilin yanvar-may ayları ərzində Türkiyəyə yatırılan ən çox sərmayə investisiyalarının başında isə Azərbaycan durur.
Türkiyəyə qoyulan sərmayə əsasən 2 ölkənin - İngiltərə və Azərbaycanın adı ilə bağlıdır.
Hesabatda qeyd olunur ki, İngiltərədən gələn sərmayənin nizamlı şəkildə olduğu, Azərbaycanda isə əsasən may ayından etibarən artım müşahidə edilib.