Mərkəzi Bankın şübhəli tenderi

İqtisadiyyat

Mərkəzi Bank tərəfindən 18.09.2018-ci il tarixdə tender.gov.az saytında elan verilmiş “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi xidməti üzrə tender müsabiqəsinin nəticəsi barədə məlumatlar "Bağlanmış müqavilə haqqında məlumat" bölməsində yerləşdirilməyib. Bu barədə istiqlal.az-a daxil olan məlimatda bildirilir.

İstiqlal.az bildirir ki, bununla bağlı müvafiq məlumatları (Satınalma müqaviləsinin imzalandığı hüquqi və ya fiziki şəxsin adı və müqavilənin dəyəri) bu e-mail vasitəsilə bildirməyinizi, yaxud da "Dövlət satınalmaları haqqında" AR Qanununun 5.3-cü maddəsinə əsasən tender elan verilmiş saytda yerləşdirməyinzi və bu barədə bizə məlumat verməyinizi xahiş edilir.