Azərbaycanda bir milyardlıq sığorta – İlk dəfə
- 28-06-2019, 11:25
- 1 132
Bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar" mövzusunda keçirilən 9-cu Beynəlxalq Sığorta Forumunda bildirib.
V. Qasımlı deyib ki, 2020-ci ildən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiq olunması nəticəsində ilk dəfə olaraq sığorta haqlarının həcmi ÜDM-in 1%-ni keçəcək: "İlk dəfə olaraq Azərbaycanda sığorta haqları 1 mlrd. manatdan çox olacaq".