Baş bankirin kürəkəninin İngiltərədəki şirkətində daha bir milyon funt sterlinq artım olub
- 12-04-2019, 15:25
- 961
AzToday.az xəbər verir ki, jurnalist Cavanşir Həsənlinin araşdırmasına görə, Cuma Əhmədzadə və Günel Rüstəmovaya aid Gyunel Limited şirkətinin 20 fevral 2019-cu ildə reyestrə daxil edilən 2018-ci illə bağlı illik maliyyə hesabatına görə, əvvəlki illə müqayisədə aktivlərin həcmi il ərzində daha bir milyon funt sterlinq artaraq 5 miyon 498 min 955 funt sterlinqə (və ya 7 milyon 200 min dollar) çatıb.
Baş bankirin kürəkəninin İngiltərədəki şirkətində daha bir milyon funt sterlinq artım olub
Xatırladım ki, əvvəlki ilə aid maliyyə hesabatında bu rəqəm 4 miyon 368 min 743 funt sterlinq təşki edirdi. Ümumiyyətlə son 4 ildə baş bankirin kürəkəninin Londondakı şirkətinin aktivlərində 4 dəfə artım olub.
Gyunel Limited şirkəti 2005-ci ilin 28 aprelində Londonda qeydiyyatdan keçib və 5438890 saylı lisenziya nömrəsi alıb (Qeydiyyat ünvanı: Basement 32 Woodstock Grove, London, Uk, W12 8LE).