Soğan və kələmin kilosu 2 dollar olacaq - Nazirlər Kabinetindən QƏRAR

İqtisadiyyat

Azərbaycandan soğan və kələmin ixracına gömrük rüsumu tətbiq edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Qərara əsasən 31 may 2019-cu il tarixədək həm 1 kiloqram soğanın, həm də 1 kiloqram kələmin ixracına 2 dollar gömrük rüsumu tətbiq edilib.