ABB – Moskvaya yeni sədr təyin edildi
- 14-03-2017, 16:45
- 2 105
xalqxeber.az xəbər verir ki, Bankın Müşahidə Şurasının sədri vəzifəsinə Zaur Fəxrəddin oğlu Qaraisayev təyin edilib. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Zaur Qaraisayev bank sektorunda 1998-ci ildən fəaliyyət göstərir. 2017-ci ilə qədər “Bank of Baku” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bu ilin yanvarından “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müşaviridir.
Daha bir dəyişikliklə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Aqşin Zəkəray oğu Əmirov "ABB-Moskva"nın Müşahidə Şurasının üzvü təyin edilib.
"ABB-Moskva" Bankı 2002-ci ildə Azərbaycan hökumətinin dəstəyi ilə yaradılıb və universal kommersiya bankı kimi fəaliyyət göstərir. Bankın səhmləri Azərbaycan Beynəlxalq Bankına məxsusdur.