“Dollar kreditlərinə görə kompensasiyalar belə ödəniləcək”
- 1-03-2019, 13:06
- 874
Bunu birinci vitse prezidentin köməkçisi Emin Hüseynov dövlət televiziyasının efirində vətəndaşların kreditləri ilə bağlı hara müraciət etmələri məsələsinə aydınlıq gətirərkən deyib. O qeyd edib ki, bunların hər biri üzrə fərmanda Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırıq verilir ki, Mərkəzi Bankla birlikdə kompensasiyanın ümumi məbləğinin müəyyənləşdirilməsi , konkret ödəniş prosedurunun formalaşdırılması , həmçinin bu ödənişin həyata keçirilməsi ilə bağlı zəruri tədbirlər görülsün:
“Bu iş 45 gün müddətində yekunlaşdırılacaq. Ümumiyyətlə isə, bütün kompensasiyaların 3 ay müddətində verilməsi təmin edilməlidir. Bu siyahı müəyyənləşdirildikdən sonra kimin bank sistemində mövcud hesabları varsa, o hesablara avtomatik olaraq pul köçürüləcək. Bir çox hallarda artıq kreditlərini bağlamış vətəndaşlar bu vəsaiti nağd şəkildə də əldə edə biləcəklər. Yaxud onlar üçün müvafiq banklarda hesablar açılacaq. Həmin hesablara da bu vəsaitlər yerləşdiriləcək”.