“Sərham” MMC nədən narazılığa səbəb olur? - GİLEY
- 23-02-2019, 11:44
- 3 567
Hansı ki, çörəyin üstündə saxlanma müddətinin 24 saat olduğu göstərilir. Şikayətçi isə bildirir ki, 24 saat olsa, eybi yox, çörək evə gətirildikdən bir neçə saat sonra bərkiyir. Digər çörəklərlə müqayisədə bu çörəyin tez quruması faktı dəfələrlə müzakirə olunub, amma qurum tərəfindən bununla bağlı heç bir tədbir görülmür.
Araşdırmamız zamanı məlum oldu ki, “Sərham” MMC ilə bağlı mediada kifayət qədər şikayət xarakterli materiallar dərc olunub. Təqdim edilən materiallarda quruma məxsus çörəyin içindən müxtəlif cismlərin çıxması və sexdə antisanitariyanın hökm sürdüyü qeyd olunur.
Məsələ diqqətimizdədir. Çalışacağıq ki, çörəyin belə tez bərkiməsi ilə bağlı qurumun da mövqeyini öyrənək.