“Günay Bank” da yolun sonuna yaxınlaşır... - CƏDVƏL
- 23-01-2019, 11:25
- 1 414
GƏLİRİ VƏ XƏRCİ ARTIB
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə “Günay Bank”ın cəmi gəlirləri 18 milyon 96 min manat, o cümlədən faiz gəlirləri 8 milyon 888 min manat, qeyri-faiz gəlirləri 9 milyon 208 min manat təşkil edib. Bank gəlirləri əldə etmək üçün 11 milyon 310 min manat faiz və qeyri faiz xərcləri çəkib.
2017-ci ildə "GunayBank”ın cəmi gəlirləri 15 milyon 417 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 915 min manat, qeyri-faiz gəlirləri 8 milyon 502 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 8 milyon 113 min manat təşkil etmişdi.
2017-ci ldə "GunayBank”ın əməliyyat mənfəəti 7 milyon 304 min manat ikən, 2018-ci ildə 6 milyon 787 min manata düşüb.
EHTİYATIN YARADILMASINA DAHA ÇOX AYIRIB
"GunayBank” 7 milyon 304 min manat əməliyyat mənfəətinin 5 milyon 498 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Bank 2017-ci ildə ehtiyata 3 milyon 204 min manat ayırmışdı. "GunayBank”ın ehtiyata ayırmanı artırması aktivləri üzrə risklərin artdığına işarədir.
2017-ci ilin sonu ilə müqayisədə ötən il "Günay Bank"ın müştərilərə verdiyi kreditlər 4,7% artaraq 146 milyon 111 min manat təşkil edib.
İllik müqayisədə Bankın depozit portfeli 18% azalaraq 70 milyon 461 min manat təşkil edib.