Azərbaycana buğda idxalı 15 faiz azalıb - Qiyməti artır...

İqtisadiyyat

Azərbaycana buğda idxalı azalıb

Bu Dövlət Gömrük Komitəsinin 2018-ci illə əlaqədar açıqladığı statistikada əksini tapıb.

Əgər 2017-ci ildə ölkəyə 1 milyon 274 min 434.18 ton buğda gətirilibsə, 2018-ci ildə bu göstərici 15 faiz azalaraq 1 milyon 80 min 905.51 ton olub.

Buğdanın qiymətinə gəlincə, 2017-ci ildə ölkəyə idxal edilən buğdanın 1 tonunun orta qiyməti 178.2 dollar, bu il isə 190.5 dollar olub. Yəni buğdanın qiyməti 6 faizdən çox bahalaşıb.

Qeyd edək ki, son dövrlər dünyada buğdanın qiymətinin bahalaşması səbəbindən ölkədə çörəyin maya dəyərinə çəkilən xərcin artdığı, bu səbəbdən də çörəyin qiymətinin qaçılmaz olduğu barədə fikirlər səslənir.