Azərbaycanda 6 bankın kitabı birdəfəlik bağlanır... - ADLAR
- 15-01-2019, 11:15
- 1 874
Cebhe.info xəbər verir ki, müddətin uzadılması gözlənilsə də, hələlik bununla bağlı aidiyyəti qurumlar rəsmi açıqlama yaymayıb. Bu məsələ daha bir məsələni, bankların bağlanmasını gündəmə gətirir. Məlumdur ki, bu gün bazarda kifayət qədər sağlam olmayan banklar var. Onların bazardan çıxmasının ekspertlər tərəfindən vacib olduğu vurğulansa da, rəsmi qurumlar bu, prosesi davam etdirmirlər.
İddia olunur ki, bankların bağlanması prosesi məhz sözügedən məsələnin, əmanətlərin tam şəkildə sığortalanması müddəti başa çatdıqdan sonra yenidən başlayacaq. Hazırda bu müddət azaldıqca, banklarda əmanətlərin də həcmində ciddi azalma müşahidə olunur. Vətəndaşlar əmanətlərini geri çəkməyə başlayıblar ki, bu da bankların onsuz da ağır olan durumunu daha da çətinləşdirir.
Cari ildə bankların bağlanması məsələsini gücləndirən ciddi arqumentlər mövcuddur və bu bazarın sağlamlaşdırılması üçün vacib addım kimi qiymətləndirilir. Bağlanacaq bankların siyahısı geniş olsa da, real namizədlər ili zərərlə başa vuran “MuğanBank”, “AG Bank”, “AmrahBank”, “AccessBank”, “Nikoil Bank” və “Bank VTB” daxildir.