Bu gündən uçot dərəcəsi azaldıldı
- 30-10-2018, 11:23
- 1 480
AMB sədri Elman Rüstəmov qeyd edib ki, faiz dəhlizinin yuxarı və aşağı hədəfləri isə uçot dərəcəsinə - yuxarı hədd 11.75, aşağı hədd 7.75 faiz kim dəhlizdə müəyyənləşib:
"İdarə heyətinin son toplantısından keçən dövr ərzində inflyasiya azalmaqda davam edib. 9 aylıq orta illik inflyasiya (2.6 faiz) Mərkəzi Bankın cari ilə hədəf dəhlizində aşağıda formalaşıb. İnflyasiyanın həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda Mərkəzi Bank cari ilə inflyasiyanın 3-4 faiz ətrafında olacağını proqnozlaşdırır".
E. Rüstəmov qeyd edib ki, 2018-ci ilin 9 ayında orta illik inflyasiya 2,6 faiz təşkil edib, üçüncü rüb ərzində ritmik templə azalıb.