"2-3 ilin sığorta pullarını birdəfəyə mənimsəyirlər..." - İTTİHAM
- 22-10-2018, 10:41
- 1 189
Kredit verilərkən bir çox amillər qiymətləndirilir. Məsələn, həmin şəxsin adına olan əmlak, aldığı əmək haqqı, digər banka olan borcları, əvvəl krediti olubsa, o krediti necə verdiyi, yaş həddi, girov qoya biləcəyi əmlakın olması və s. Bu səbəblərdən biri uyğun gəlmirsə, o hal qeyd edilir və səbəb kimi yazılı şəkildə göstərilir.Ria24.az bildirir ki, NBC bankda çalışan Həmid Mirzəyevdən çoxsaylı şikayət və müraciətlər səngimək bilmir. Belə ki, sözügedən şəxs salon və partnyor adlandırdığı Vüqar Əsədovla əlbir olub sadə vətəndaşlardan aldıqları 1500-2000 manatı öz aralarında bölürlər.
Bildirilir ki, onlar bu kimi əməllərindən çəkinməyərək, daha irəli gedib, 2-3 ilin sığorta pullarını birdəfəyə mənimsəyirlər. Məlumatı zərərçəkmiş müştərilər də təstiqləyir. Bundan başqa Həmid Mirzəyevin cəmi 2 ay işlədiyi müddətdə “Lexus”, “Mitsubishi”, “Pajero” kimi marka avtomobillər və dəbdəbəli həyat tərzinə alüdə olduğu da daxil olan məlumatlar sırasındadır.
NBC bankın sahibi Nuru Əliyevin bu özbaşınalıqlara dəstək verib verməməsi isə onun yazıya münasibətindən sonra aydın olacaq. Bizi izləyin...
Mövzunu diqqətdə saxlayacağıq.