“Kapital Bank”ın rəhbərliyində gözlənilən dəyişiklik... - SƏBƏB
- 8-10-2018, 14:40
- 1 281
Bu barədə “Report”a maliyyə bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, komitənin üzvü Murad Əhmədovu Ramil Heydərovun əvəz edəcəyi gözlənilir. Yeni üzv həm də “Kapital Bank”la birlikdə “PAŞA Holdinq” MMC-də təmsil olunan “PAŞA Bank” ASC-nin Gürcüstandakı törəməsinin Audit Komitəsinin üzvüdür.
Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 205,85 mln. manatdır. Bankın səhmlərinin 99,86%-i daxil olduğu holdinqə, 0,14%-i isə 190 fiziki şəxsə məxsusdur.