Yeni şəxsiyyət vəsiqəsi alanlara kredit verilməyəcək
- 28-09-2018, 14:08
- 1 785
Lakin, qeyd olunan şəxsiyyət vəsiqələri bank sistemində müəyyən çətinliklər yaratmışdır. Belə ki, kreditləşmədə çox vacib hesab edilən müştərinin kredit tarixcəsini yoxlanılması prosesi (MKR) mümkünsüzləşib. Səbəb yeni formatda olan şəxsiyyət vəsiqələrində PİN kodların qısa olması ilə bağlıdır. Bu səbəbdən bəzi banklar biometrik şəxsiyyət vəsiqəsi ilə yaxınlaşan müştərilərin kreditləşməsini həyata keçirmirlər.
Məsələ ilə bağlı Azərbaycan Kredit Bürosuna Banker.az tərəfindən sorğu göndərilmişdir. Problemin nə vaxta aradan qaldırılmasına dair məlumat saytımızda yerləşdiriləcəkdir.