Azərbaycan Sənayə Bankı da aşağıya doğru gedir... - 3 filialın bağlayıb
- 26-09-2018, 16:06
- 1 459
Bankın xərcləri azaltmağın yolları hansılardır?
Azərbaycanda baş verən devalivasiya proseslərindən sonra “Azərbaycan Sənayə Bankı”nın mənfəəti azalmağa başlayıb. Bu proseslərin bankın maliyyə vəziyyətinə mənfi təsir edəcəyini proqnozlaşdıran bank, çıxış yolunu xərcləri azaltmaqda görüb. Belə ki, bank devalivasiyadan sonra 3 filialını bağlayıb. Bu isə işçilərin kəskin ixtisara salınması deməkdir. Beləliklə bank hazırda 6 filial şəbəkəsi (devalvasiyadan əvvəl 9 şəbəkəsi) ilə müştərilərinə fəaliyyət göstərir.
Qeyd edək ki, Azərbaycan Sənayə Bankı, “Azərbaycan Sənaye Sığorta”, “Azərbaycan Sənaye Lizinq”, “Azərbaycan Beynəlxalq Bankı Gürcüstan”, kart prossesinq mərkəzi “Millikart” və “Bakı Fond Birjası” kimi təşkilatların səhmdarıdır.