Dövlət Komitəsi benzin və dizellə bağlı məlumat YAYDI
- 17-09-2018, 16:43
- 2 098
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, səkkiz ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 92,6 milyon manat olmaqla əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,6 faiz artıb.
Hesabat dövründə neft məhsullarından yanacaq mazutunun istehsalı 79,8 faiz azalıb. Avtomobil benzininin, ağ neftin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə çoxalıb.