Mərkəzi Bankdan 200 manatlıqlarla bağlı açıqlama
- 15-08-2018, 13:58
- 1 292
Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev Modern.az-ın sorğusuna cavab olaraq 200 manatlıq əskinaslar haqda açıqlama verib.
O deyib ki, ölkə iqtisadiyyatının dinamik inkişafı dövründə baş verən dəyişiklikləri, dövriyyədə olan nağd pulun strukturunun optimallaşdırılmasını nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsi məqsədilə 24 may 2018-ci il tarixdən etibarən tədavülə yeni 200 manatlıq pul nişanı buraxılıb.
"Qeyd etmək istərdik ki, Mərkəzi Bank tərəfindən iqtisadiyyatın nağd pula, o cümlədən 200 manatlıq pul nişanlarına olan tələbatının vaxtında, tam həcmdə və adekvat strukturda ödənilməsi təmin edilir"-deyə o bildirib.