“Mən bənna yox, aşıq qızıyam…” - Nazpəri
- 20-07-2018, 16:07
- 1 551
xalqxeber.az xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva instaqramda yazıb. Son zamanlar elmi ad alması ilə gündəmə gələn müğənni onu tənqid edənlərə cavab verib:
“Uşaq yaşlarımdan evimdə saz, söz, sənət və sənətkarlar görmüşəm. Bu baxımdan düşünürəm ki, aşıq sənəti ilə bağlı götürdüyüm elmi iş həm də mənim atam və onun ustad həmkarlarım qarşısında mənəvi borcumdur. Nə zamansa bəhrələndiyim sənətkarların haqqını verməli idim. Bir daha xatırladıram ki, mən bənna, sürücü, rəqqas, müəllim yox, məhz aşıq qızıyam. Mövzu barədə yaxın günlərdə ilk dəfə açıqlayacağım faktlar, geniş müsahibəm olacaq”.