“AzərKredit” müflis elan olundu
- 11-07-2018, 11:17
- 1 460
“Gəncə Konsultant” ASC BOKT-un əmlak inzibatçısı təyin edilib.
Kreditorlar borcluya qarşı olan tələblərini bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə müraciət edə bilərlər.
Kreditorların ilkin yığıncağı bu ilin iyulun 26-da keçiriləcək.
Qeyd edək ki, “Vijn Fond Azərkredit” Azərbaycan manatının 2015-ci ildəki devalvasiyasından sonra kredit ödənişlərinin gecikməsi və buna görə kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirə bilmədiyindən iflas elan edilməsi iləbağlı bu ilin fevralın 22-də məhkəməyə müraciət etdiyini bəyan edib.