“Pro Kredit” 2 ildir ki, zərərdən çıxa bilmir
- 10-07-2018, 16:29
- 1 187
BOKT ötən ili 8 min manat xalis zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 11,2 dəfə azdır.
Ötən il “Pro Kredit”in gəlirləri 705 min manat, o cümlədən faiz gəlirləri 700 min manat, xərcləri 448 min manat, o cümlədən faiz xərcləri 289 min manat, xüsusi ehtiyatlara ayırmaları isə 266 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Pro Kredit”in aktivləri 3,697milyon manat olub ki, bu da illik müqayisədə 31,5% azdır. Bunun 2,688 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə BOKT-un kredit portfeli 41% kiçilib.
Hesabat dövründə “Pro Kredit”in öhdəlikləri 33,2% azalaraq 3,391milyon manata, balans kapitalı isə 5,7% azalaraq 306 min manata düşüb
tia.az