SOCAR-ın müəssisələrində normal iş rejimi bərpa edildi
- 3-07-2018, 18:43
- 1 250
SOCAR-dan verilən məlumata görə, Qaz İxrac İdarəsinin Kompressor stansiyalarının, Neft Emalı Zavodu, “Azərikimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda elektrik enerjisinin kəsilməsi nəticəsində müəssisələrin fəaliyyəti qəza rejimində dayandırılıb.
"Səhərə yaxın elektrik enerjisinin təchizatı bərpa olunduqdan sonra Qaz anbarları, Qaz İxrac İdarəsinin Kompressor stansiyaları, NEZ və “Azərikimya” İB-nin müəssisələrinin bütün qurğuları tədricən işə salınıb. Hazırda SOCAR-ın müəssisələrinin iş rejimi normal vəziyyətdə davam edir", - deyə məlumatda vurğulanıb.