SOCAR təmsilçisi Ruminiyada vitse-prezident seçildi
- 27-02-2017, 12:27
- 1 748
Ölkə üzrə 143 cüdo klubunun təmsilçilərinin iştirak etdiyi tədbirdə Rumıniya Cüdo Federasiyasının sədri vəzifəsinə siyasi fəal Kozmin Quşa seçilib. SOCAR-ın Rumıniya törəmə şirkəti “Socar Petroleum SA”nın direktoru Həmzə Kərimov isə 143 mümkün səsdən 130-nu toplayaraq beş vitse-prezidentdən biri olub.
Qeyd edək ki, Rumıniya Cüdo Federasiyası bir müddət öncə Həmzə Kərimovun vitse-prezidentlik vəzifəsinə namizədliyinin verilməsi təşəbbüsü ilə çıxış etmişdi. Təşəbbüs SOCAR-ın rəhbərliyi tərəfindən müsbət qarşılanıb.