Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır
- 14-03-2018, 13:10
- 1 503
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
O deyib ki, proqram yeddi illik dövrü əhatə edəcək:
“Proqram qida zəncirinin bütün mərhələlərini özündə əks etdirəcək. Heyvandarlıq, quşçuluq sahəsində, kənd təsərrüfatında hazırlanan qidaların təhlükəsizliyi tədbirləri nəzərdə tutulur”.
O deyib ki, genetik modifikasiya olunan məhsulların ekspertizası ilə bağlı xaricdə təhsil alan azərbaycanlılar işə dəvət edilib:
“Genetik modifikasiya olunan məhsullarla bağlı tədbirlər proqramda əksini tapacaq”.