“PAŞA Bank”dan “Kapital Bank”a transfer gözlənilir
- 13-03-2018, 11:52
- 1 423
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı qərarın “Kapital Bank”ın səhmdarlarının sabah keçiriləcək növbəti ümumi yığıncağında qəbul ediləcəyi gözlənilir.
K.Nuriyeva bank sektorunda işə 1996-cı ildə, vaxtilə mövcud olmuş “Post Bank”da başlayıb, 2007-ci ilə qədər “Bank of Baku” və “Unibank” ASC-lərdə çalışıb. O, 2007-2011-ci illərdə “PAŞA Bank”ın daxili audit meneceri, 2011-2012-ci illərdə Risklərin idarə edilməsi Departamentinin direktoru, 2012-2013-cü illərdə Audit Komitəsinin üzvü və sədri işləyib, 2013-cü ildən sonra isə “PAŞA Holdinq”də hazırda icra etdiyi vəzifəyə təyin olunub.