“Bank Respublika”da yeni təyinat
- 29-01-2018, 13:33
- 1 688
"Marja"ya istinadən xəbər veririk ki, Çingiz Əsədov Bankda Marketinq Kommunikasiyaları üzrə menecer (Marketing Communications Manager) təyin olunub. İndiyədək bu vəzifə boş idi. Çingiz Əsədov Fevralın 1-dən vəzifəsinin icrasına başlayacaq.
Qeyd edək ki, Çingiz Əsədov bundan əvvəl 7 il "AccessBank"da işləyib. Əsədov Bakı Fond Birjasında da çalışıb.
"Bank Respublika" 2018-ci ildə çoxlu yeniliklər təqdim etməyi nəzərdə tutur. Bank marketinq və reklam fəaliyyətini də gücləndirməyə başlayıb.