Mikayıl Cabbarova yeni müavin təyin edildi (SƏRƏNCAM)

İqtisadiyyat

Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib.

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, vəzifəsinin icrasına başlayan M. Eynullayev yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.

Xatırladaq ki, buna qədər M. Eynullayev təhsil nazirinin müavini vəzifəsini icra edib.