Yol polisinin “BMW”-ləri satışa çıxarıldı – QİYMƏT
- 15-01-2018, 16:41
- 1 616
Bu barədə Əmlak məsələləri dövlət komitəsindən məlumat verilib.
Hərraca çıxarılan avtomobillər arasında Daxili İşlər Nazirliyinin tabeliyində olan “BMW-320” markalı avtomobillər də var.
Komitənin dərc etdiyi siyahıda 2007-ci ildə istehsal edilən “BMW-320”-nin hərrac qiyməti 5200 manatdan başlayır.
DİN-nin tabeliyində olan və satışa çıxarılan “BMW-320” markalı avtomobillərin sayı yeddidir. Hərrac fevralın 13-də keçiriləcək.
Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.