“MoneyPolo” pul köçürmə sisteminin fəaliyyəti DAYANDIRILDI
- 25-12-2017, 16:56
- 1 358
Palatanın mətbuat xidmətindən verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qeyri-qanuni formada fəaliyyət göstərən pul köçürmə sistemləri də diqqət mərkəzində saxlanılır.
Palata tərəfindən aparılan araşdırmalar nəticəsində “MoneyPolo” pul köçürmə sisteminin beynəlxalq hüquqi normalarını və ölkəmizin ərazi bütövlüyünü tanımayaraq Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələrini həyata keçirməsini və bunun çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib.
Qeyd olunanlar nəzərə alınaraq, ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pul köçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılmağı ilə bağlı tapşırıq verilib.