Hesablama Palatası bu fondda maliyyə və hüquq pozuntuları aşkarladı
- 15-12-2017, 13:25
- 1 872
xalqxeber.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, yalnız iki bankın müştərilərinə ödənilən kompensasiyaların araşdırılması başa çatıb: "Müəyyən olunub ki, Fond tərəfindən iki bankın müştərilərinə kompensasiyaların verilməsi zamanı bəzi maliyyə və hüquq pozuntularına yol verilib. Bu faktların ciddiliyini nəzərə alaraq Hesablama Palatasının Kollegiyası bu materialların hüquq-mühafizə orqanlarına göndərilməsi ilə bağlı qərar qəbul edib".