Palata bankın 6 filialını ləğv etdi
- 16-02-2017, 10:43
- 1 990
Qurumdan daxil olan xəbərə görə, “Bank VTB (Azərbaycan)” ASC-nin “İçərişəhər”, “Həzi Aslanov”, “Əhmədli”, “Bakıxanov”, “28 May” və “Xırdalan” filiallarının icazələrinin ləğv edilməsinə dair müraciətinə baxılıb. Filialların bağlanmasına əsas səbəb “Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.
Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8 olacaq.