ƏDV bu tarixdən etibarən tutulacaq
- 28-11-2017, 14:33
- 1 595
“Dekabrın 1-dən ölkə xaricində yerləşən müəssisələrin Azərbaycanda fəaliyyəti ilə əlaqədar kartlar vasitəsilə göstərilmiş bütün növ xidmətlərdən ƏDV tutulacaq”.
Bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, ƏDV-nin tutulması ilə bağlı texniki problem yaranmışdı.
“Bu ayın sonunadək bütün məsələlər öz həllini tapmalıdır. Prosessinq mərkəzləri və bankların daxili proqram təminatlarında işlər yekunlaşmalıdır. Dekabrın 1-dən gec olmayaraq banklar bu verginin tutulmasını həyata keçirməlidirlər“, - deyə Z.Nuriyev vurğulayıb.