Gələn ilin büdcəsi açıqlandı - Kəsrlər var

İqtisadiyyat

2018-ci il dövlət büdcəsinin parametrləri açıqlanıb.

Rəsmi mətbuatda dərc olunan gələn ilin büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat göstərilib.

O cümlədən mərkəzləşdirilmiş gəlirləri 19 milyard 400 milyon manat, yerli gəlirləri 650 milyon manat, mərkəzləşdirilmiş xərcləri 20 milyard 181 milyon manat, yerli xərcləri 724 milyon manat məbləğində təsdiq edilib.