Tarif Şurasından açıqlama - Qiymətlər bahalaşmayıb...

İqtisadiyyat

Tarif (qiymət) Şurası tərəfindən beynəlxalq zənglərin qiymətinin dəyişdirilməsi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

Daxil olan məlumatda qeyd edilir ki, beynəlxalq danışıq tarifləri dəyişdirilməyib.

Xatırladırıq ki, Tarif (qiymət) Şurasının 2 dekabr 2013-cü il tarixli qərarı ilə beynəlxalq danışıq tarifləri zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən azaldılaraq bütün zonalar üzrə 1 dəqiqə üçün 32 qəpik səviyyəsində müəyyən edilib. Bu tariflər 1 yanvar 2014-ci il tarixindən qüvvəyə minib və hazırda da qüvvədədır.