Molbulak BOKT-dən prezidentə şikayət - NARAZILIQ VAR...
- 6-02-2017, 09:54
- 2 815
Bizə təkrar müraciət edən şikayətci mətuat vasitəsilə bu məsələni ictimailəşdirməyi xahiş edir.O bildirir ki, Molbulak BOKT MMC hər iki məhkəmənin qərarından narazı qalaraq Ali Məhkəməyə kassasiya şikayət verib.8 fevral 2017-ci il tarixində saat 11.00 Ali Məhkəmənin hakimi Ələsgər Əliyevin sədrliyi ilə bu şikayətə baxılacaq. Mən inanıram ki digər məhkəmələr kimi Ali Məhkəmədə qanunlarımızın ali tutaraq haqq-ədaləti bərpa olunmasına qərar verəcək.
Xatırladaq ki, 2015-ci ilin oktyabr ayında Molbulak BOKT MMC- nin Bərdə filialında bir qrup işçinin qanunsuz olaraq işdən çıxarılması ilə bağlı mətbuatda yazılar getmişdi.Həmin yazılarda bankın işdən azad olunan işçiləri köhnə filial müdiri Rəfail Quliyev haqqinda yuksək idarəçilik qabiliyyətinin,tabesində olduğu işçilərnən gözəl davranışının olduğunu qeyd etmişdilər. Hətta onlar bildirmişdilər ki, belə bacarıqlı filial müdirinə qarşı olan haqsızlığa təcübləniblər
Bizdə vətəndaşın müraciətin mətbuat olaraq işıqlandırdıq.İnanırıq ki, Ali Məhkəmə Rəfail Quliyevin məhkəmə işini araşdıraraq ədalətli qərar çıxaracaq.