Qızılın qiyməti kəskin düşəcək - Gözlənti
- 25-09-2017, 17:44
- 50 941
Belə ki, FED sentyabrın 19-20-də keçirilən son iclasında balansını oktyabrın 1-dən etibarən ayda 10 mlrd. dollar azaltmaq qərarı verib. Bununla yanaşı, inflyasiyanın və iqtisadi artımın getdikcə sürətlənməsi ilə əlaqədar olaraq analitiklər FED-in dekabr iclasında uçot dərəcəsini artırma ehtimalını 62%-ə çatdırıblar. Qeyd edək ki, bu göstərici sentyabrın 8-də 22%, iclasa qədər isə 50% olub. Ehtimalların artması ABŞ-ın 2 illik və 10 illik istiqrazlarının gəlirliliyini artırmağa başlayıb.
Nəticədə, qızılın qiyməti düşməyə başlayıb. Sentyabrın 8-də 1 362 dollar/unsiyaya satılan qızıl, hazırda 4,7% ucuzlaşaraq 1 298 dollar/unsiyaya satılır. Xatırladaq ki, ilin əvvəli qızılın bir unsiyasının qiyməti 1 150 doollar olub. Hazırda qızıl ilin əvvəli ilə müqayisədə 148 dollar/unsiya və ya 12,9% baha satılır.
Analitik qrup qızılın qiymətinin 1 200 dollar/unsiya səviyyəsindən aşağı düşməsi durumunda satışların güclənə biləcəyini bildirir: "Lakin bu prosesin 2018-ci ilin II yarısından etibarən başlaması gözlənilir. 2020-ci ilə qədər qlobal maliyyə bazarlarında faizlərin artması fonunda qızılın 800 dollar/unsiyaya qədər ucuzlaşması proqnozlaşdırılır".