Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
- 20-02-2026, 10:09
- 4 655
Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,83 ABŞ dollar və ya 2,58% artaraq 72,78 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,95 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.