Azərbaycan nefti ucuzlaşıb
- 27-01-2026, 10:16
- 5 830
Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,48 ABŞ dolları və ya 0,7% azalaraq 67,86 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 68,34 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.